Bu, bir biznes və müştəriləri arasındakı qarşılıqlı əlaqələri əhatə edir. Müştərilərin ehtiyaclarını qarşılamaq və onların problemlərini həll etmək haqqındadır. Effektiv müştəri xidməti çox vacibdir.

    "Sevimli Dad" toyuq filesi ilə salat

    Toyuq filesi ilə salat

    "Sevimli Dad" toyuq filesi ilə salat

    Hazırlanma

    İlk öncə toyuq filesini xırda-xırda doğrayırsız. Ardından xiyar, pomidor, kələm, qarğıdalı və mayonez ilə qarışdırıb servis edirsiniz. Zövqə görə aysberq kələmi və ya kahı istifadə oluna bilər.

    1.    Hisə verilmiş toyuq filesini dördkünc formada doğrayıb qaba əlavə edirsiniz.

    2.     Xiyar və pomidoru doğrayıb əlavə edirsiniz. Kələmi isə əl ilə qırıb əlavə etməyiniz məsləhətdir. 

    3.    Ardından suxari və qarğıdalı əlavə edib mayonez qataraq yaxşıca qarışdırırsız.

    4.    Ən sonda servis zamanı üzərinə rəndələnmiş parmezan pendirini də əlavə etməyiniz salata xüsusi dad qatacaq.

    İnqrediyentlər

    100-150 qr toyuq filesi, 1-2 ədəd xiyar, 1-2 ədəd pomidor, 3-4 yarpaq aysberq kələmi, 10-15 ədəd suxari, 100 qr konservləşdirilmiş şirin qarğıdalı, mayonez, duz və istiot zövqə görə