"Sevimli Dad" iveriya sosiskalı omlet
İveriya sosiskalı omlet

Hazırlanma
Böyük tavada bitki yağını orta odda qızdırın. Daha öncə halqa-halqa doğranmış qırmızı soğanı yumşalana qədər tavada qızardırsız. Diqqət edin ki, soğan dilimləri yanmasın və yumuşaq qalsın.
1. Qovrulmuş soğanın üzərinə xırda-xırda doğranmış sosiskaları əlavə edirsiniz.Sosiskalar qızarana qədər tavada qovurursuz.
2. Daha sonra tavaya rəngli şirin bibər və acı bibər dilimlərini əlavə edib qovurursuz. Zövqə görə duz və istiot əlavə edilə bilər.
3. Bir kənarda yumurta ilə sarı bərk pendir dilimlərini qarışdırırsız. Zövqə görə göyərti də əlavə edə bilərsiniz.
4. Tavada qovrulmuş tərəvəzlə sosiska qarışığını şüşə qaba düzüb üzərinə pendirli yumurtanı əlavə edirsiniz.
5. Şüşə qabı sobaya qoyub tam qızarana qədər gözləyirsiz. Piroq tipli yemək çox qısa müddət ərzində hazır olur.
İnqrediyentlər
2 xörək qaşığı bitki yağı, 200-250 qr iveriya sosiskası, 1 ədəd orta ölçülü qırmızı soğan, 3-4 ədəd rəngli bibər, 1 ədəd acı bibər, 3 ədəd yumurta, 100-150 qr sarı pendir, göyərti, duz və istiot zövqə görə.


