Bu, bir biznes və müştəriləri arasındakı qarşılıqlı əlaqələri əhatə edir. Müştərilərin ehtiyaclarını qarşılamaq və onların problemlərini həll etmək haqqındadır. Effektiv müştəri xidməti çox vacibdir.

    about-img

    Haqqımızda

    1993-cü ildə əsası qoyulan “M&T” LTD firması fəaliyyətə başladığı ilk illərdə gündəlik 200–300 kiloqram istehsal gücü ilə kolbasa məhsullarının hazırlanması ilə yola çıxmışdır. Sadə bir istehsal xəttində başlayan bu yol zamanla inkişaf edərək müasir texnologiyalarla təchiz olunmuş genişmiqyaslı istehsalat kompleksinə çevrilmişdir. Bu gün artıq müəssisə gündəlik 20 tondan çox kolbasa, sosiska və delikates ət məhsulları istehsal etmək gücünə malikdir.

    "Sevimli Dad" markası haqqında

    “M&T” LTD firmasının ərsəyə gətirdiyi “Sevimli dad” markası uzun illər yalnız firma dükanlarında satışda olmuş, gündəlik menyuların ayrılmaz parçasına çevrilmişdir. Alıcıların sevgi və sadiqliyi ilə böyüyən bu marka artıq ölkənin iri marketlərində və geniş satış şəbəkəsində yer almaqdadır. “Sevimli dad” təkcə adı ilə deyil, təqdim etdiyi çeşidlərlə də yadda qalır. Marka hər damaq dadına uyğun müxtəlif təamlar təqdim edir.

    Markanın kateqoriyaları haqqında

    “Sevimli dad” markası məhsul müxtəlifliyi baxımından ölkənin zəngin və fərqli çeşidlərinə malik ət və ət məhsulları istehsalçısıdır. Marka portfelinə bişmiş kolbasalar, yarım hisə verilmiş, çiy hisə verilmiş kolbasalar, sosiskalar və delikates ət məhsulları daxildir. Bu geniş çeşid imkanı markanı həm dad, həm də istifadə məqsədi baxımından müxtəlif auditoriyalara xitab edən güclü bir ad halına gətirmişdir.

    Markanın yaranma səbəbi

    “Sevimli dad” markası insanlara gündəlik menyuda tez, rahat və dadlı seçimlər təqdim etmək məqsədilə yaranmışdır. Ət məhsulları bazarında dad və çeşid bolluğuna olan ehtiyac bu markanın formalaşmasında əsas rol oynamışdır. Məqsəd süfrəyə nə qoyacağınızı düşünmədən rahat seçim edə biləcəyiniz dadlara sahib olmaq idi. Bu gün “Sevimli dad” məhz bu rahatlığın təcəssümüdür.

    • SEVİMLİ DADLI ÇOX ÇEŞİD SEVİMLİ DADLI ÇOX ÇEŞİD SEVİMLİ DADLI ÇOX ÇEŞİD

    İstehsal və keyfiyyət – Texnologiya, sertifikatlar və proseslər

    İstehsal prosesi beynəlxalq keyfiyyət və ərzaq təhlükəsizliyi standartlarına uyğun şəkildə təşkil olunmuşdur. Bütün məhsullar ənənəvi prinsiplərə tam uyğun olaraq hazırlanır. İstehsalat xəttimizdə ISO 9001:2015, ISO 22000:2018 beynəlxalq standartlarının tələblərinə cavab verən inteqrə olunmuş menecment sistemi tətbiq olunur.

    İstehsal prosesi ilkin xammalın qəbulundan başlayaraq bir neçə mərhələdən keçən texnoloji zəncirə əsaslanır. Məhsulun növündən asılı olaraq formalaşdırma, termiki emal, soyudulma, qurudulma kimi mərhələlər tətbiq edilir. Məsələn, çiy hisə verilmiş kolbasalar tam ləzzətini alana qədər 30 günədək xüsusi emal kameralarında saxlanılır və hazır vəziyyətə gətirilir.

    İllərin təcrübəsi ilə formalaşaraq sabahın tələblərinə cavab verməyə daim hazırıq. Gələcəkdə də yenilənən çeşidlərimiz, yüksələn keyfiyyət standartlarımız və sadiq dəyər sistemimizlə süfrələrdə yerimizi qorumağa davam edəcəyik.

    İNTEQRASİYA OLUNMUŞ MENECMENT SİSTEMİ

    QİDA MƏHSULLARININ KEYFİYYƏTİNİN VƏ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASI VƏ HALAL MƏHSULLAR İSTEHSALI SAHƏSİNDƏ SİYASƏT

    Biz, “M&T” Ltd firması olaraq – kolbasa, sosiska və delikates ət məmulatlarının istehsalı, qablaşdırılması və satışını həyata keçiririk. Bütün müştərilərimizin təhlükəsiz və keyfiyyətli və eyni zamanda halal ət məhsulları ilə təmin olunmasına zəmanət vermək üçün AZS İSO 22000:2022 və İSO 9001:2015, eləcə də AZS OIC/SMIIC 1:2022 standartlarının tələblərinə uyğun inteqrə olunmuş menecment sistemini və halal məhsulların istehsalı sistemini tətbiq etmişik.

    Keyfiyyət və qida təhlükəsizliyinin idarə olunması və halal məhsulların istehsalı sahəsində aşağıdakıları həyata keçirməyi öhdəmizə götürürük:

    • Müəssisəmizin fəaliyyətinin Azərbaycan Respublikası qanunvericiliyində tətbiq olunan bütün tələblərə, normativ-hüquqi aktların, yerli qanunvericilik orqanlarının tələblərinə, qanunvericiliyə uyğun olaraq hazırlanmış və təsdiq olunmuş texniki şərtlər və texnoloji təlimatlara, həmçinin qida məhsullarının təhlükəsizliyi tələblərinə, halal məhsulların istehsalı üzrə AZS OIC/SMIIC 1:2022 standartının tələblərinə, müştərilərin və istehlakçıların tələblərinə tam uyğunluğuna səy göstərmək;
    • Keyfiyyət və qida təhlükəsizliyi üzrə məqsədlərimizə nail olmaq üçün İSO 9001:2015 və AZS İSO 22000:2022 beynəlxalq standartlarını əsas meyar kimi istifadə etmək, keyfiyyət və qida təhlükəsizliyi menecment sistemini daim inkişaf etdirmək, təkmilləşdirmək və yaxşılaşdırmaq;
    • Hər bir bölmə üçün keyfiyyət üzrə məqsəd və plan göstəricilərini müəyyənləşdirmək, onları mütəmadi olaraq rəhbərliyin toplantılarında təhlil etmək və müəssisənin illik biznes-planına daxil etmək;
    • Qida təhlükəsizliyi və halal məhsul istehsalı üzrə məqsədləri müəyyən etmək;
    • Məhsullarımızın istehsalında yalnız keyfiyyət komandası tərəfindən razılaşdırılmış avadanlıqlardan, proses və texnologiyalardan istifadə etmək, onlara daim nəzarət etmək və effektivliyi artırmaq;
    • Məhsullarımızın, ticarət nişanlarımızın ictimaiyyətdə nümunəvi istehsalat müəssisəsi imicini qoruyub saxlamaq istiqamətində fəaliyyət göstərmək;
    • İstehlakçılarımız üçün Azərbaycan Respublikası dövlət standartlarına, AZS İSO 22000:2022 – Qida təhlükəsizliyi idarəetmə sistemlərinin və HACCP konsepsiyasının prinsiplərinə, AZS OIC/SMIIC 1:2022 standartlarının tələblərinə uyğun yalnız yüksək keyfiyyətli təhlükəsiz məhsullar istehsal etmək;
    • İstehlakçılarımızın tələblərini müəyyənləşdirmək, təhlil etmək və yerinə yetirmək, onların arzu və təkliflərini nəzərə alaraq göstərdiyimiz xidmətlərin keyfiyyətini daim yaxşılaşdırmaq və təkmilləşdirmək;
    • Təchizatçılarımız və biznes tərəfdaşlarımızla keyfiyyət və qida təhlükəsizliyi, eləcə də halal standartlarının tələbləri səviyyəsində əməkdaşlıq etmək;
    • Maraqlı tərəflərlə qida təhlükəsizliyi məsələləri ilə bağlı məlumat mübadiləsini həyata keçirmək;
    • Keyfiyyət və Qida Təhlükəsizliyi Menecment Sisteminin, halal məhsullar istehsalı sisteminin effektiv fəaliyyətini mütəmadi aparılan daxili auditlər, rəhbərlik tərəfindən təhlil, risklərin təhlili yolu ilə təmin etmək;
    • İşçi heyəti tərəfindən müəssisənin keyfiyyət və qida təhlükəsizliyi sahəsində siyasət və məqsədlərinin mənimsənilməsinin və onların maarifləndirilməsinin, fəaliyyətin aktuallığı və vacibliyinin, keyfiyyət və qida təhlükəsizliyi sahəsində məqsədlərə nail olmaq üçün hər bir işçinin töhfəsinin təmin olunması;
    • Məhsulun keyfiyyətinə və təhlükəsizliyinə təsir göstərən işçi heyətinin bilik səviyyələrinin yüksəldilməsi;
    • Yaxşı istehsalat və sistem təcrübələrini identifikasiya və tətbiq etmək, keyfiyyət və qida təhlükəsizliyi sistemini davamlı olaraq təkmilləşdirmək.
    DİREKTOR T.A.ƏLƏKBƏROV