İqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə, istehlakçıların zövqləri və tələbləri durmadan artır. İstehlakçıların məhsulun keyfiyyətinə, qidalılıq dəyərlərinə, qablaşdırılmasına və markalanmasına olan tələbatı dünənki günə nisbətən bu gün daha çoxdur. Bu gün qürur hissi ilə deyə bilərik ki, uşaqdan böyüyə qədər minlərlə insanı geniş çeşiddə yüksək keyfiyyətli, həqiqətən sevimli dada malik qidalı kolbasa və delikates ət məmulatları ilə təmin edirik. İstehsalçılar üçün bu gün ən vacib məsələlərdən biri məhsulların konservantlardan istifadə olunmadan saxlanması və onların keyfiyyətli şəkildə istehlakçılara çatdırılmasıdır. Bu məqsədlə firmamızda vakuum qablaşdırmadan istifadə olunur. Vakuum qablaşdırmanın üstün cəhətləri ondan ibarətdir ki, o, məhsulun tərkibində patogen mikrofloranın inkişafının qarşısını alır, məhsulun əmtəə görünüşünü saxlayır, saxlama və daşınma zamanı çəki itkisinin qarşısını alır.

İstehsal olunan bütün məhsulların uyğunluq və gigiyenik sertifikatları vardır.

Deməli, bizim firmamızın qida sektorunda həqiqətən də özünəməxsus yeri vardır. Biz xalqımıza xidmət etməyimizlə fəxr edirik !