Bizi sosial mediada izlə və kampaniyalarda iştirak et!

Sevimli Dad

SEVİMLİDİR, ÇÜNKİ DADLIDIR

HAQQIMIZDA

1993-dən BƏRİ

“M&T” LTD 1993-cü ildə istehsal gücü 200-300 kq olan və cəmi 10 adda kolbasa məhsulları istehsal edən müəssisə kimi fəaliyyətə başlamışdır. Həmin vaxt müəssisənin istehsalat sahəsi 146 kv metr olmuşdur.


Bu gün yerli bazarda müvafiq qida sektorunda ”M&T ltd” firması özünəməxsus yer tutur. Hal-hazırda müəssisə ənənəvi və müəssisənin texnoloqları tərəfindən hazırlanmış resepturalar əsasında bişmiş, bişirilmiş hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş olmaqla 100-ə yaxın çeşiddə yüksək keyfiyyətli kolbasa və müxtəlif növ delikates ət məmulatları, sosiska və sardelkalar istehsal edir.

Məhsulların yüksək keyfiyyəti xammal və materialların ciddi seçimi, səriştəlı işçi heyəti, müasir avadanlıq və mütərəqqi texnologiyaların istehsala tətbiqi sayəsində əldə edilir.

Firma tərəfindən milli və beynəlxalq standartlar əsasında istehsal edilmiş kolbasa, sosiska və ət məhsulları Bakıda və Azərbaycanın bölgələrində “Sevimli Dad” firma mağazalar şəbəkəsi və iri marketlər vasitəsilə realizə edilir.

İdarəetmənin keyfiyyətini və ərzaq istehsalının təhlükəsizliyini tam dolğunluğu ilə təmin etmək və beynəlxalq bazara çıxmaq məqsədilə müəssisə İSO 9001 və İSO 20000 - Ərzaq təhlükəsizliyi beynəlxalq standartlarına uyğun inteqrə olunmuş menecment sistemi işlənib hazırlanmış və uğurla tətbiq edilmişdir.

Kolbasa və delikates ət məmulatlarının istehsalı ilə məşğul olan aparıcı müəssisə kimi ərzaq istehsalı sahəsində Keyfiyyət və Ərzaq təhlükəsizliyi məsələlərinə ciddi və məsuliyyətlə yanaşmalı olduğumuzu dərk edir və bu istiqamətdə lazım olan bütün addımları atırıq. İstehsal etdiyimiz məhsulların standartlara tam cavab verməsi yüksək keyfiyyətli və təhlükəsiz olması bizim üçün ən mühüm məsələlərdəndir.

Keyfiyyətin və ərzaq təhlükəsizliyinin təminatı bütövlükdə müəssisəmizin və ayrı-ayrılıqda hər bir işçimizin ən əsas vəzifəsidir.



İSTEHSAL

  • Keyfiyyətə Nəzarət

    İqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə, istehlakçıların zövqləri və tələbləri durmadan artır. İstehlakçıların məhsulun keyfiyyətinə, qidalılıq dəyərlərinə, qablaşdırılmasına və markalanmasına olan tələbatı dünənki günə nisbətən bu gün daha çoxdur. Bu gün qürur hissi ilə deyə bilərik ki, uşaqdan böyüyə qədər minlərlə insanı geniş çeşiddə yüksək keyfiyyətli, həqiqətən sevimli dada malik qidalı kolbasa və delikates ət məmulatları ilə təmin edirik. İstehsalçılar üçün bu gün ən vacib məsələlərdən biri məhsulların konservantlardan istifadə olunmadan saxlanması və onların keyfiyyətli şəkildə istehlakçılara çatdırılmasıdır. Bu məqsədlə firmamızda vakuum qablaşdırmadan istifadə olunur. Vakuum qablaşdırmanın üstün cəhətləri ondan ibarətdir ki, o, məhsulun tərkibində patogen mikrofloranın inkişafının qarşısını alır, məhsulun əmtəə görünüşünü saxlayır, saxlama və daşınma zamanı çəki itkisinin qarşısını alır.

    İstehsal olunan bütün məhsulların uyğunluq və gigiyenik sertifikatları vardır.

    Deməli, bizim firmamızın qida sektorunda həqiqətən də özünəməxsus yeri vardır. Biz xalqımıza xidmət etməyimizlə fəxr edirik !

  • İstehsal prosesi

    Firmaya daxil olan xammal və köməkçi materiallar üç mərhələdə yoxlamadan keçir. İlk növbədə alınan zaman – yəni yalnız uyğunluq və gigiyenik sertifikatı olan xammallardan istifadə olunur. Daha sonra firmada baytar həkimi tərəfindən yoxlanılır və nəhayət texnoloji prosesin sonunda bütün məhsullar kimyəvi və bakterioloji müayinədən keçir. Analizlərin aparılması üçün firmanın müasir avadanlıqlarla təchiz edilmiş və akkreditasiya olunmuş istehsalat-sınaq laboratoriyası mövcuddur.

  • Şirkətlər (Distribyutorlar)

    İstehsalatda istifadə etdiyimiz xammal haradan gəlir?
    Donuz piyi: Danish Crown (Danimarka) - www.danishcrown.com
    Donuz əti: Melrose International Trading Ltd (Kanada) - www.melrosetrading.com
    Kolbasa istehsalı üçün ilmə, klips: Mening (Macarıstan) - www.mening.hu
    Kolbasa qılafları: Devro (Çexiya) - www.cz.devro.com